Aparıcı Ranar Musayev "Maşın Şou"nun ötən gün yayımlanan buraxılışında həmkarı Sərxan Kərəmoğlunu verilişdən uzaqlaşdırıb.

Open.az xəbər verir ki, verilişi tərk edən aparıcı "İnstagram" hesabında "Maşın Şou" haqda fikirlərini bölüşüb.

O, oyundan öz istəyiylə uzaqlaşdığını dilə gətirib: “Çox mehribancasına getdim. Hər kəsə uğur arzu edirəm. Getməyim öz istəyimlə oldu. Sevinirəm ki, sevənlərim məni üzmədi və kimsə mənə qalib gələ bilmədi”.