"Heç kimin xətrinə dəyməsin, hamı öz düşüncəsi ilə addımlayır. Zəngilana, Qubadlıya çağırdılar, getmədim. Dedim ki, gedə bilmərəm, hələ də şəhidlər gəlir. Orada konsert verməyi özümə yaraşdırmıram. Şəhidlərin qanı hələ soyumayıb. Gedib orada vur çatlasın edə bilmərəm".

Open.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Gün ortası" proqramında deyib.

O, işğaldan azad edilmiş torpaqlarda konsert verənləri tənqid edib.