Müğənni Samira AliMəryam yeni mahnısını təqdim edib.

Open.az xəbər verir ki, “Güzgü” adlanan mahnının sözləri Nurlan Əliyev, musiqisi və aranjimanı Muxtar Abseynova məxsusdur.

Sənətçi ərsəyə gələn işlə bağlı fikirlərini bölüşüb: “Mahnı Muxtar tərəfindən mənə təklif olundu. Bu onunla növbəti uğurlu işbirliyimizdir. Mahnıya tez bir zamanda klip çəkdirmək istəyirəm. Mahnının adı da maraqlıdır, “Güzgü”. Çalışıram güzgüyə gec-gec baxım. Düşünürəm ki, hər bir insanın qəlbi onun aynasıdır. Ona görə də heç kimin arzu etmərəm ki, ürəyinin güzgüsü hər hansı bir səbəbə görə qırılsın”. Qeyd edək ki, mahnı Samiranın rəsmi “YouTube” səhifəsinə yerləşdirilib.