Müğənni Samir Bağırov bu gün mediada yayılan "Diva" qalmaqalına açıqlama gətirib.

Open.az xəbər verir ki, müğənni Səmra Rəhimliyə "Diva" deyən Bağırov əslində bu sözü ilə xalq artisti Aygün Kazımovaya söz atmadığını dilə gətirib.

O, gənc ifaçı Səmraya öz dəstəyini nümayiş etdirmək istədiyini vurğulayıb: “Potensialının olduğuna əmin olduğum yeganə gənc və gözəl xanımdır. Bu şərhim məhz onu bu yolda ruhlandırmaq və hər zaman ona olan dəstəyimi bildirmək üçün idi. Hazırda illərdir dostum olan Aygün Kazımovanın şou -biznesin divası olduğunu hər kəs bilir. Onun yeri əvəzolunmaz, doldurulmaz və dəyərlidir. Bu yazılanlar isə sadəcə əsassızdır”.