Xalq artisti Röya Ayxan 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə xanımlara 3 günlük "Nazlı" adlı konsert proqramı ilə sevindirmək qərarına gəlib.

Open.az xəbər verir ki, həmin 3 günün biri isə təmənnasız, xanımlara bayram hədiyyəsi olaraq nəzərdə tutulub. Artıq kassada olan biletlər sürətlə bitmək üzrədir. Məzh bunu nəzərə alaraq, sənətçi daha bir konsert günü əlavə edib. Bu dəfə 6 mart tarixli konsert bütün xanımlara hədiyyə olunacaq, 7 mart konsertinə isə biletlər satışa buraxılacaq.

Hazırda Röya Türkiyədə öz musiqiçiləri ilə konsertə hazırlaşır. "Nazlı" adlı konsert proqramına ümumi olaraq 14000 nəfər baxacaq.

Azərbaycanın ən iri və gözəl salonlarında biri olan Bakı Konqres Mərkəzində keçiriləcək 4 günlük konsert muğənni "Peachline" şirkəti və "Kevents" təşkilatçılığı ilə imza atacaq.

Artıq tükənmək üzrə olan biletlər ihttps://iticket.az/events/concerts/roeya-nazli səhifəsindən əldə etmək olar.