Xalq artisti Röya Ayxan plastik əməliyyatla ombasını böyüdən sənət adamlarını ələ salıb.

Open.az xəbər verir ki, müğənni bu haqda “ATV maqazin onlarla” proqramında deyib.

O, ifaçıları balışa banzədib: “Neçə illərdir idmanla məşğul oluram, çox arıq idim. Çəkim 51-52 olurdu. Moskvaya əməliyyata gedəndə də çox arıq idim. Həkimə dedim ki, mənə bir az əl gəzdir. O biri əməliyyatlardan qorxuram. Hamı bir-birinə oxşayır, “poduşka”. Hamısını çox istəyirəm, eybi yox, etsinlər. Həkim demişdi, 57-58 kiloqram olmalısan. Onda belə o çəkidə əməliyyata gedə bilmədim”.