Müğənni Nadir Qafarzadə Xəzər telekanalının "5 də 5" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Qafarzadə verilişdə həkim xalatı geyinərək şou nümayəndələrinə lazım olan estetik əməliyyatlardan bəhs edib.

Ekranda əməkdar artist Röya Ayxanın fotosunu görən Nadir ona fərqli reaksiya verib: "Nəyini kəsim bu şokoladın? Kəssəm də heç kimlə paylaşmaram. Kəsib doğram-doğram, özüm yeyərəm, bölüşmərəm! "Snickers"di hər yeri. Bu xanımda kompleks yoxdur. Ona görə sevirəm də onu".