Bu gün "Xəzər" telekanalında Tarix Əliyevin aparıcılığı ilə yayımlanan "Hər şey daxil" verilişinin qonağı müğənni Rüfət Axundov olub.

Open.az xəbər verir ki, "Space"də yaşanan qalmaqaldan sonra ifaçı etdiyi hərəkətlərə görə tamaşaçılardan üzr istəyib.

Daha sonra R.Axundovun proqramda ifa etdiyi mahnı yarımçıq kəsilib, efirə reklamlar gedib. Reklam fasiləsindən sonra müğənni verilişdə olmayıb.

Aparıcı onun efirdən getməsi ilə bağlı heç bir açıqlama verməyib. Əksinə verilişdə qonaq olan müğənni Xatirə İslam ilə bunu zarafatlaşıblar.

Əməkdar artist Rəşad İlyasovun isə AzTV və “Mədəniyyət” telekanalında yayımlanan “Yaradanlar və yaşadanlar” proqramı bağlanıb. Bu barədə Tolik məlumat verib. O, sözügedən qalmaqaldan sonra verilişin yayımdan qaldırıldığını, sənətçinin aparıcı kim efirə çıxmayacağını bildirib.

Canlı efirə zəng edən əməkdar artist məlumatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən R.İlyasovla birlikdə dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Gülnar Qafarlı