Müğənni Rəqsanə İsmayılova "İnstagram" hesabında qızı Aysunla ögey oğlu Elvinin fotosunu paylaşıb.

Open.az xəbər verir ki, müğənni övladlarını bir-birindən ayırmadığını dilə gətirib.

O, övladları arasındakı isti münasibətin yaradıcısı olaraq özünü və həyat yoldaşını görüb: "Elvin mənim övladlarımdan biri sayılır. Bizdə ögeylik yoxdur. Öz balalarm necə doğma əzizdirsə, Elvin də mənim üçün elədir. Aysunun da qardaşıdır. Bu gün münasibətlərin isti və doğma olmasının təməlini mən və həyat yoldaşım qoyub. O, mənim övladlarıma öz ad və soyadını verib. Onları ayırmır, hər zaman arxalarında dayaq olur. Bəs mən necə onun övladına ögey baxım? Biz elə düşünürük ki, 6 övladımız var".

Rəqsanənin 6 övlad anası olduğu ortaya çlxdl - FOTO