Rəqqasə Fatimə Fətəliyeva "Lider Maqazin" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Fətəliyeva verilişdə həyat yoldaşına olan sevgisindən bəhs edib.

Fatimə hətta yoldaşına görə intihar etmək istədiyini də dilə gətirib:

“Vaxt olub ki, 40-a yaxın dərman içib, özümü öldürmək istəmişəm. Rəfiqəmin anası olmasaydı, indi ölmüşdüm. Səbəbi isə sevgi olub. Onu sevdiyimə görə peşman deyiləm. Allah o sevgidən mənə gözəl oğlan bəxş edib”.