Xəzər telekanalında yayımlanan "Hər şey daxil" verilişinin qonağı türk ekstrasens Mehmet Saka olub.

Open.az xəbər verir ki, Saka müğənni Rəhim Rəhimli haqda mənfi açıqlamalar verib. O, Rəhimlini aqressiv insan adlandırıb və onun güc pərəstişkarı olduğunu dilə gətirib.

Saka Rəhimlinin əməkdar artist Röya Ayxanla dostluqdan üz döndərdiyini və xalq artisti Aygün Kazımovanın yanında yer aldığını vurğulayıb:

“Rəhim güc pərəstişkarıdır. Sabah Aygün Kazımovadan güclü birisi olsa, onunla dost olacaq. Bir sözlə, bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı”.