Ayaq barmağı ampultasiya edilən xalq artisti Ramiz Əzizbəylidən xəbər var.

Səhhəti getdikcə yaxşılaşmağa başlayan Əzizbəyli son günlərdə sosial şəbəkələrdə tənqid olunan "Bəxt Üzüyü 2" filmi haqda Open.az-a danışıb.

O, "Planet Parni İz Baku" komandasının çəkdiyi film haqda bunları deyib: " "Bəxt Üzüyü 2", "Bəxt Üzüyü 1"dən dırnaqarası yaxşıdır. Bu haqda daha çox danışmaq istəmirəm".

Xatırladaq ki, "Bəxt Üzüyü 2" filminin ssenartistləri Tahir və Cabir İmanov qardaşlarıdır.