"Ranar deyib, böyük bir səhv edib. Çünki Zamiq mənim yaxın dostumdur. Xırda söhbətlər aramızı heç vaxt vura bilməz”.

Open.az xəbər verir ki, bu sözləri müğənni Xəyyam Nisanov “Mtv Azərbaycan”a müsahibəsi zamanı deyib.

Bir neçə gün əvvəl aparıcı Ranar Musayev “Söhbətsiz” verilişində Xəyyamla Zamiqin tədbirlərin birində birinci oxumaq üstündə mübahisə etdiklərini demişdi. Məsələyə münasibət bildirən Xəyyam Ranarı yalan danışmaqda ittiham edib: “O videonu izlədim, Ranar orada deyir ki, kimsə ona çatdırıb. Bu sübutsuz bir söhbətdir. Kim ona çatdırıbsa, səhv məlumat verib. Bilmədiyi şeyləri danışmasın. Zamiqə böyük hörmətim var və bilirəm ki, bu hörmət qarşılıqlıdır. Belə xırda söhbətə görə nə mən, nə də Zamiq mübahisə edəcək. Ən azından ayıbdır, bizə yaraşmaz. Ranar öz işçiləri ilə bir az da yaxın olsa, dəqiqləşdirsə, bunun səhv olduğunu biləcək. Nəinki Zamiqə, heç kimə qarşı o sözü demərəm. Onun üçün çalışan işçilər, köməkçilər var. Qabaqcadan vaxtı danışılır ki, mən hansı nömrədə çıxış edirəm. 3 nəfərlə tədbirlərə gədirəm, onu hamı bilir. Səhnəyə çıxarkən mikrafon verirlər, deyirlər mahnınız hazırdır, oxuyun. “Zamiqdən qabaq çıxmıram, hansısa kaprizlərimvar” bu yalan söhbətlərdir. Bilmirəm heç hansı tədbirdən söhbət gedir. Ümumiyyətlə bunu müzakirə etmək istəmirəm”.

Xəyyam Ranarın “müğənnilər gedib toyunu oxusun” fikrinə də münasibət bildirib:

“Deyir ki, gedib toylarını oxusunlar, filan. Biz toylarımızı gözəl oxuyuruq və oxuduğum toylarda hər şey gözəldir, yerindədir. Proqramda heç vaxt dəyişiklik olmur. Zamiqdə də belədir. Hamı da vaxtında gəlib çıxış edir. Tövsiyyə edirəm ki, bizim haqda bilmədiyin şeyləri danışma”.