“Çox maraqlıdır ki, indiki cavanlar ərə gedən gündən hər şeyin yaxşı olmağını istəyirlər. Elə bil ki, bunlar hansı dünyadan gəliblər".

Open.az xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan “Gündən-günə” verilişində söyləyib.

Sənətçi proqramda gəlin-qayınana mövzusuna toxunub və onun sözləri ietirazla qarşılanıb: “Çox maraqlıdır ki, indiki cavanlar ərə gedən gündən hər şeyin yaxşı olmağını istəyirlər. Elə bil ki, bunlar hansı dünyadan gəliblər. Kasıb adamın da balası bunu istəyir. Demirəm ki, kimsə pis olsun. Yaxşı olmaq üçün savaşmamalı, buna çalışmalısan. Gəldiyin evin suyunu bulandırmamalısan. Sənə kim haqq verir ki, bu evi dağıdasan? Hamı kasıb adamdır, zülm çəkib, ev tikiblər. Gəlin kimi ora gəlib, evi qarışdırmağa başlayıram. Yaşamaq istəmirsənsə, övladım, götür, şələ-küləni çıx get. Gəlib, qayınana, qayınatanın sözünə baxmayacaqsansa, sənə verilən rahat evdə otura bilməyəcəksənsə, get. Əgər qayınananın sözü varsa, görürsən ki, onun sözünü yeyə bilmirsən, evdən get. Ev almışam ki, gəlib günümü qara edəsən? Bununla razılaşmıram”.