Xəbər verdiyimiz kimi, "Maşın Şou"nun 17-ci buraxılışında səsverməyə şairə Nazilə Səfərli çıxıb.

Open.az xəbər verir ki, sona qədər hədəfini açıqlamayan şairə 50,72 faiz səslə verilişdə qalıb.

Şairə öncə kimisə çıxartmağı fikirləşsə də, sonradan fikrindən yayınıb. O, şoudan heç kimi kənarlaşdırmayıb: "Özüm də həyəcanlayım. Həm də özümü yoxladım. Xalq arasında olan insanam, ona görə də fəxr edirəm. Özüm də kasıb ailədə doğulmuşam. İl ərzində minlərlə gəlinin xınayaxdısında iştirak edirəm. Onların özləri deyil, övladları belə səs versə burada qalardım. Heç kəsi çıxartmıram!".