Prezident İlham Əliyev televiziya və radio işçilərinin peşə bayramı günündə Azərbaycan Televiziyasının bədii rəhbəri Musayev Ranar Rafael oğlunun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Open.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Ranar Musayev “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırladaq ki, ATV-də yayımlanmış "V element" layihəsinin rəhbəri və aparıcısı Ranar Musayev fevral ayında AzTV-nin bədii rəhbəri vəzifəsinə təyin olunub.