Çəkilişləri Dominikanda aparılan "Survivor" yarışmasından geri dönən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev hələ də Türkiyədədir.

Open.az xəbər verir ki, idmançı yarışmanın finalına qədər Bakıya qayıtmayacağını deyib. Bu haqda Pərviz idmançı Kamil Zeynallının paylaşdığı videoda bildirib.

"İstanbuldayam, iyulun 13-14-də finaldır. Onu gözləyirəm. Ondan sonra Bakıya qayıdacam" deyə, P.Abdullayev söyləyib.

İdmançı gələn il yarışmaya yenə qatılacağını söyləyib.

Qeyd edək ki, Pərviz Acun Ilıcalının “Survivor” layihəsini aprelin əvvəli tərk edib. Uçuşlar olmadığı üçün o, uzun müddət Dominikan Respublikasında qalmışdı. Ötən ay isə Pərviz İstanbula gəlib.