"Evdə yatmışdım, qışqırığa durdum. Gördüm hadisə olub. Mənə böyük bir dərt, müəmmalı ölüm qoydu getdi. Hansısa ailədə intihar görəndə, ürək ağrısı ilə qarşılayırdım. Öz balamda olandan sonra gördüm ki, kifayət qədər ürək ağrısı ilə qarşılamamışam".

Open.az xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı "Şou ATV" verilişinə açıqlamasında deyib. Bacısı oğlu Şamxalın intiharı ilə bağlı açıqlama verən sənətçi onun intihar səbəbini bilmədiyini söyləyib. O bildirib ki, şamxal özünü pəncərədən asıb: "Səhər 5-ə işləmiş mənim yanımdan getdi. Gedib nənəsini yuxudan oyadıb ki, namaz qılsın. Anamla eyni həyətdə yaşayırıq. Deyir ki, namaz qıldım, yatdım, Şamxal yatmayıb. Sonra yuxudan durub çay qoyub. Gəlib görüb ki, pəncərədən baxır. Çağırıb ki, gəl, Şamxal. Görüb reaksiya vermir. Gəlib ki, özünü pəncərənin dəmirindən asıb. Anam orada bundan sonra necə yaşayacaq bilmirəm".

Qeyd edək ki, 1999-cu il təvəlüddlü Şamxal Niftəliyev Yasamal rayonunda yaşadığı evdən özünü asıb. (Axşam.az)