Müğənni Murad Arifin hitə çevrilən "Dondurma" mahnısı özbək müğənni tərəfindən oğurlanıb.

Open.az xəbər verir ki, bu barədə Murad Arif sosial şəbəkədə məlumat verib. O, mahnısını özbək dilində ifa edən müğənniyə qəzəbini belə ifadə edib:

“Yenə də mahnımı oğurladılar. Bu dəfə “Dondurma” mahnımı izinsiz oxuyan, dondurmanı “Durdana” edən özbək sənətçisidir. İnternet dövründə mahnının müəllifini tapmaq, icazə istəmək bu qədər çətindirmi? Hər videomun altında sosial hesablarım, ünvanlar və əməkdaş nömrəsi var”.

https://www.facebook.com/muradarifm/videos/489309571583228/?t=30