"Maşın Şou"nun "Hind Kinosu" adlı buraxılışının ilk günündə aparıcı Sərxan Kərəmoğlui iştirakçıların hədəfinə çevrilib.

Open.az xəbər verir ki, aparıcı bir dəqiqə ərzində sevənlərindən səs istəyib.

Veriliş ərzində Sərxanın hədəfini açıqlamamasına meyxanaçı Oqtay Kamildən sərt reaksiya gəlib.

Meyxanaçı aparıcını klşi kimi oyun aparmağa çağırıb:

"Mənim qadınlarla işim yoxdur. Oyunumu kişilərlə aparıram. Sərxan sən də kişi kimi, hədəfini açıqla. Mən 99 faiz əminəm ki, sən məni çıxaracaqsan. Sadəcə qorxursan".

Kərəmoğlu isə Oqtayın hədəf olmadığını dilə gətirib.

Rəvan Rəd