Aktrisa Xuraman Əlizadənin səhhətində problem yaranıb.

Open.az xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" verilişində deyib.

O bildirib ki, uzun müddət müalicə olunub: "Təzyiq problemim var. Dayandığım yerdə 40-50-yə düşə bilər. Səhhətimlə bağlı böyük problem yaşadım. Ölümlə üz-üz qaldım. Vəsiyyət etdim, övladımı anama və yoldaşıma tapşırdım. Şükür, indi sağalıram".