Rəqqasə Oksana Rəsulova "Show news" verilişinə açıqlamalar verib.

Open.az xəbər verir ki, o, uşağının atasının Türkiyədə yaşadığını söyləyib.

"Heç atası uşağımı görür ki... Övladımın atası Türkiyədədir. Ora köçməyi düşünmürəm, ailəm burada yaşayır", - deyə Oksana bildirib.

O.Rəsulova oğlu Osmanı mediadan gizli saxlamağının səbəbini də açıqlayıb: "Uşağımı göstərmək istəmirəm. Şou-biznesdə bir neçə ailələr var ki, övladlarını göstərmirlər. Uşaqların bəlli dövrü var, onları qorumaq lazımdır. Onlar ağ vərəqdir. Mənfi enerji uşağa tez yapışır. Tövsiyə edərdim ki, uşaqlarının şəklini paylaşmasınlar. Ağıllı valideynlər bunu etmir. Edənlərə həsrətlə baxıram. Axı mən də istəyirəm. 10 ildən artıq idi ki, övlad sahibi olmaq istəyirdim. Problemlər vardı deyə, alınmırdı. Həyatımda ən böyük tapıntımı tapmışam".