Rəqqasə Oksana Rəsulova yeni fotosessiya etdirib.

Open.az xəbər verir ki, sənətçi "Keçmiş əsrin türk qadınları" adı verdiyi fotosessiyasından görüntüləri "İnstaqram"da paylaşıb.

Başını kələğayı ilə bağlayan Oksana tənqid atəşinə tutulub. İ

zləyicilər ona "Sadəcə, o qadınlarda belə taxma, qoyma kirpik, makiyaj olmurdu. Təbii olurdular... Türk qadınında belə burun da olmurdu. Əməliyyatlı burnu olmurdu..." kimi şərhlər yazaraq, onun makiyajını obrazına yaraşdırmayıblar.