ARB TV-də yayımlanan “Ona qalsa” verilişində maraqlı hadisə yaşanıb.

Open.az xəbər verir ki, verilişin qonaqları Əməkdar artistlər Baloğlan Əşrəfov və Nüşabə Ələsgərli olub.

Proqram zamanı B.Əşrəfovdan “Ana” muğamı oxuması istənilib. Bu zaman N.Ələsgərli verilişin aparıcısı şairə Nazilə Səfərliyə etiraz edib və efiri tərk etmək istəyib: “Səhər tezdən “Ana” muğamı vermisiniz, mənim də yaralı yerimdir, ağlamaq da istəmirəm. Mənim əhvalım korlanır, gedim mətbəxdə plovumu yeyim”.

Bu zaman aparıcı onun efiri tərk etməsinə mane olub. Lakin bir qədər sonra N.Ələsgərli studiyadan gedib.