“18 yaşımda ailə qurmuşam, 19 yaşında ana olmuşam. Mətbəxə olan sevgim normaldır. Baxıram ki, hamı özünü mətbəxdə təsdiqləmək istəyir. Bu, çox gözəl haldır. Amma ona-buna da söz atırlar ki, guya kimsə bunlara baxıb həvəsə gəlir”.

Open.az.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "İnstaqram" hesabının “Story”də yazıb.

İfaçı halva bişirərkən çəkdiyi videonu yayımlayaraq, mətbəxlə bağlı videolar paylaşmaq üçün heç kimdən bəhrələnmədiyini söyləyib: “2006-cı ildə rəhmətlik Gülşən Qurbanovadan sonra mətbəx verilişində aparıcı olmuşam. Saytların birində bloqum olub. Hansı ki, o zaman bloqerlər yox idi, bloq sözünün mənasını bilmirdi. Orada şirniyyat, yemək reseptləri paylaşırdım. İndi hamı “Youtube”da kanal açıb, gəlir əldə etmək istəyir. Mənim buna vaxtım yoxdur”.

Qeyd edək ki, mətbəxlə bağlı videolar çəkən məşhur Ruhi Əliyevadır. O, ötən ay çəkdiyi videolarının birində “Dəbə çox şeylər gətirmişik: yemək bişirirlər" ifadəsini səsləndirib.

Nura və Ruhi arasında qalmaqal: