Müğənni Niyam Salami "Xəzər" telekanalında yayımlanan "Ay Zaur" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, ifaçı verilişdə keçmiş nişanlısı və eks həyat yoldaşından bəhs edib. O, nişanlısından ayrılmasının səbəbini belə izah edib:

"Nişanlımla aramızda problem ev üstündə oldu. O vaxt evim yox idi, o istəyirdi ki, onlarda qalaq, mən buna razılaşmadım. Mən evlənəndə öz evimdə yaşamaq istəyirdim. Onlar da mənim bu vəziyyətimi qəbul etmədi. Məncə, qadın bir az dözümlü olmalıdır. İndi evim də, maşınım da, hər şeyim də var".

Niyam daha sonra keçmiş həyat yoldaşı ilə aralarındakı problemdən danışıb: "Ailəmin istəyi ilə qohumumla evləndim. Onunla 1 il yarım evli qaldıq. Uşaq istəyirdim, amma bəzi problemlərə görə alınmadı. Amma onu qısqanıram. Ona kimsə yan baxsa başını əzərəm".

Niyamın bu sözlərindən sonra Zaur onun keçmiş həyat yoldaşı ilə sujeti efirə vermək istəyib. Lakin Niyam buna qarşı çıxıb. Zaur isə onun eks həyat yoldaşının şikayətlərini dilə gətirib: "Ailəcanlı deyildi. İstədiyi vaxt gəlib, istədiyi vaxt gedirdi".