Xalq artisti Nisə Qasımova ARB telekanalının "Show News" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Qasımova bir neçə gün öncə verdiyi konsertdən sonra jurnalistlərə müsahibə verib. O, şou-biznesin təkəbbürlü insanlarına nifrət etdiyini vurğulayıb. Qasımova ən bahalı avtomobillərini həmişə reklam etməkdən çəkindiyini dilə gətirib:

"İnsanın sənəti onun var-dövləti ilə ölçülmür. Ucuzlu bir libas da geyinib, səhnəyə çıxa bilərsən. Əsas sənin təqdimatındır. Bu gün hər kəs bir-biri ilə maşın, şan-şöhrət rəqabətinə girib. Dəridən, boğazdan çıxırlar ki, kimsə onlara "Gelandevagen" alsın. Mən heç onun adını da deyə bilmirəm. 4 ya 3 qapısı var, heç bilmirəm. Məndə maşınların kralı olub. Amma bir dəfə çəkilişə onunla gəlməmişəm. Yeri gələndə ucuzlu avtomobilim kameraya düşüb, demişəm qoy belə olsun".