"ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasının növbəti qonağı stilist Elnur Həsənov olub.

Open.az xəbər verir ki, o, rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb. Elnur müğənni Zamiq Hüseynovla işbirliyinə son qoymasının səbəbini açıqlayıb:

"Heç vaxt öndə olmaq iddiam olmayıb. İşlərimiz çox idi, bir-birimizə ziyan vurmamaq üçün son qoyduq. Amma dostuq".

Elnur stilist Anar Ağakişiyevlə aralarında davam edən qalmaqaldan söz açıb. O, "Neslihan Atagül Bakıya gələndə Anar Ağakişiyev onu makiyaj edib. O isə bəyənməyib, ağlayıb. Bu söhbəti sən danışmısan" sözlərinə belə cavab verib:

"Mən tərəfdən atmacalar eşidə bilməzsiniz. Bəzi adamlar var ki, onlar üçün mən maraqlıyam, çıxıb danışırlar. Səbəbini bilmirəm, yəqin qısqanclıq.

Elə bir söhbət danışmamışam, Anarın adını çəkməmişəm. Nigar aravuranlıq etdi. Gedib Anara o cür çatdırıb. Nigar Camalla elə söhbətlər edəcək qədər münasibətim yoxdur. Neslihanla bağlı elə hadisə eşitmişdim, amma Anarın adı çəkilməmişdi. Nigar gedib elə danışıb ki, guya, mən demişəm, filankəs bu işə görə əsəbidir. Allah elə gətirdi ki, az keçmədi, özləri biabırçılıqla dalaşdı, bir-birinin mesajını efirə verdi.

Elə insanlar var ki, xoşu gəlir arada söz gəzdirsin. O xanım özü mənə zəng etdi ki, mənə fotosessiya edək. Amma gedib başqalarına deyir ki, guya, mən ona təklif etmişəm. Mənim çalışdığım müğənnilər yanında sən...".

Elnur daha sonra Xalq artisti Röya Ayxandan bəhs edib. O, Anarın Röya üçün etdiyi qalmaqallı fotosessiyadan danışarkən "Röya hər zaman mənimlə işləməyəcək ki... Fotoların bəzisini bəyəndim, bəzisini yox. Qalmaqal isə nə Röya, nə Natavanın səhvidir. O, Anarın günahı idi. Röyaya qalmaqal lazım idi? Möhürünü vurmuş müğənnidir. Bilirdim belə suallar verəcəksiniz, amma danışmaq istəmirəm. Onun da, mənim də salonum var. Eyni kosmetikadan istifadə edirik. Onun etdiyi müştəriləri mən də işləyirəm. Onun da ətrafı böyükdür, mənim də. "Eurovision"da mən də oluram, o da. O, gündəm yaratmağı sevən adamdır" sözlərini söyləyib.