Müğənni Natavan Həbibi 106,3 FM radiosunun aparıcısı Kazım Sübhanın qonağı olub.

Open.az xəbər verir ki, "Ulduzxana" verilişinin qonağı olacaq Həbibi ilk dəfə ana olduqdan sonra təəssüratlarını bölüşüb.

O, bu barədə fikirlərini bölüşüb: "Zeydi yatızdıranda Səidə deyirəm ki, bu necə hissdir, necə varlıqdır? Bunu necə izah edim, bilmirəm. Zeyd mənim içimdədir, mən də onun içində. Yəqin bütün valideynlərdə belədir. Bu anları çox gözləyirdim. İndi doya-doya yaşayıram. Tam güclə geri qayıdıram. Yenə hitlər, yenə də gözəl kliplər olacaq. Zeydi böyütdüyüm anlarda, şou-biznesi izləyirdim. Kim necə istəyir elə də oxuyur. Kim nə istəyir onu da danışır. Amma bunlar bitəcək və hər şey yaxşı olacaq".