Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov "İncilər" şou verilişini bağlayıb.

Open.az Unikal.org-a istinadən xəbər verir ki, sözügedən televiziyada yayımlanan "İncilər" verilişinin yayımı dayandırılıb. Artıq Dadaşovun qərarı işçilərə elan olunub.

Qeyd edək ki, sözügedən verilişin layihə rəhbəri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun qaynı oğlu Azər Vəliyev olub.