Bəstəkar-müğənni Murad Arifə vəzifə verilib.

Open.az xəbər verir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, o, “MTV Azərbaycan” kanalında musiqili depertamentin direktoru vəzifəsinə təyin edilib.

Sənətçi vəzifəsini bir neçə gündür ki, icra edir.

Qeyd edək ki, M.Arif həm də İctimai Televiziyada çalışır. Onun “Popumuz var” layihəsi tezliklə bu kanalda yayımlanacaq.