"Çox adam baxıb, yenə güləcək ki, bunun başı xarab olub. Başım xarab deyil. Neçə vaxtdır Nəsiminin qəzəli ilə bağlı yayılan məsələyə aydınlıq gətirmək istəyirəm".

Open.az xəbər verir ki, bu sözləri müğənni Mirkamil Kamilov "İnstagram" hesabında açdığı canlı yayımda söyləyib.

İfaçı bir müddətdir sosial şəbəkədə gündəmə çevrilən mövzu ilə əlaqədar hədə-qorxu gəlib: "O mahnını kim aranjiman edibsə, çıxsın ortaya. Yoxsa qaz balonunu qoyacam, sənin studiyanı partladacam. Nömrəmi tap, mənə zəng elə! Burada mahnı oxuyanın bir günahı yoxdur. Əsas günah o ideyanın müəllifindədir".

Qeyd edək ki, M,Kamilov "İnstagram"da qəribə paylaşımları diqqət çəkir. O, tez-tez “mirkamilofficial” adlı hesabında müxtəlif mövzularda- “vor”ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Gülnar Qafarlı