Əməkdar artist Miri Yusifin bu gün Yaşıl Teatrda solo konserti reallaşacaq.

Open.az xəbər verir ki, ifaçı bununla bağlı sevənlərinə ismarış yollayıb.

Miri ondan bilet istəyən şəxsləri belə qınayıb: "Mən bilet satmıram. Biletlər kassalarda satılır. Mən isə kassir deyiləm, müğənniyəm".

Qeyd edək ki, Miri Yusifin konserti iyunun 9-a qədər davam edəcək.