Xalq artisti Miri Yusif xüsusi açılmış Bakı-İstanbul-Bakı reysindən faydalanaraq istirahətə yollanıb.

Open.az xəbər verir ki, sənətçi xanımı Nərgiz Mirbabayeva və övladları ilə birgə Türkiyəyə gedib.

O, istirahət üçün turizm bölgəsi olan Kuşadasına üz tutub. Miri Yusif tətil zamanı çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar.

Qeyd edək ki, müxtəlif zəruri səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq məqsədilə iyundan başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi xüsusi reyslər həyata keçirilir.