Bir neçə ay bundan əvvəl 10 ilə yaxındır çalışdığı Space TV ilə yollarını ayıran aparıcı Mikayıl Güləddinoğlunun yeni iş yeri bəlli olub.

Open.az xəbər verir ki, o, bundan sonra fəaliyyətini Sumqayıt kanalı olan Dünya TV-də davam etdirəcək.

M. Güləddinoğlunun yeni proqramının adı isə “Gəldime Gəldim” adlanır.

Qeyd edək ki, aparıcının uzun illərdir təqdim etdiyi “Sevimli şou” və “Sevimli mahnı” verilişləri tez-tez tənqidlərə məruz qalmış, o, bayağılığın təbliğində ittiham edilmişdi.