Əməkdar artist Mətanət İsgəndərli Qarabağ müharibəsində vuruşan əsgərlərin toyunda təmənnasız oxuyacağını açıqlayıb.

ATV telekanalında yayımlanan “7 Canlı” proqramının qonağı olan sənətçi bu barədə danışıb:

"Aldığımız nəfəs, ayaq basdığımız torpağı əsgərlərə borcluyuq. Şəhid ailələrində toy olarsa, hamısına çağırsınlar, gedəcəm. Əsgərlərə söz vermişəm ki, Qarabağ azad edilsin, hamınızın toyunda təmənnasız oxuyacam. Bunu söz olaraq deməmişdim. Gedəcəm və bunla fəxr edəcəm".