Sem Smitin aprelin 27-də Bakıda “Formula 1” üzrə SOCAR Azərbaycan Qran Prisi çərçivəsində nəzərdə tutulan konserti baş tutmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Open.az-a verilən məlumata görə, britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

"Dərin təəssüf hissi ilə bildiririk ki, Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub. Biz anlayırıq ki, bu, ifaçının çoxsaylı pərəstişkarları üçün üzücü xəbərdir. Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik", - deyə məlumatda bildirilib.

Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28 apreldə Bakı Kristal Zalındakı çıxışı baş tutacaq.

Məşhur müğənninin Bakı konserti ləğv olunub