Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir.

Open.az xəbər verir ki, bu təşəbbüsə Əməkdar mədəniyyət işçisi, tanınmış teleaparıcı Zaur Baxşəliyev də qoşulub.

O, Fonda 3 min manat məbləğində vəsait köçürüb.