Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində sevilən müğənni Rüfət Axundovun “Sənin üçün yaşayıram” adlı solo konserti keçirilib.

Open.az xəbər verir ki, konsertin aparıcısı Humay Muxtarova tamaşaçıları salamlayıb və populyar müğənni Rüfət Axundovu səhnəyə dəvət edib.

Tamaşaçıların alqış sədaları ilə müşayiət edilən konsertdə Rüfət Axundov öz sənət yoldaşları ilə sevilən mahnıları səsləndirib. Rəqqasə Kəmalə Səfərəliyeva, gənc müğənnilər Elçin Qəhrəman, Türkanə və Validə Zeynalovanın ifaları rəğbətlə qarşılanıb.

Konsertin sonunda Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru Rüfət Məmmədov Mədəniyyət evinin kollektivi və tamaşaçılar adından konsertin təşkilatçılarına və ifaçılara öz təşəkkürünü bildirib.

Sonda ifaçılara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanlarını təqdim edib.