Ötən gün "Maşın" şounun 18-ci sürətində növbəti səsvermə keçirilib.

Open.az xəbər verir ki, gizli səsvermə nəticəsində aktyor Məcid Hüseynov kürsüyə dəvət edilib və izləyicilərdən səs istəyib.

O, yarışmanın sonuna kimi hədəfini söyləməyərək, şouda qalacağı təqdirdə xanım iştirakçılardan birini kənarlaşdıracağını qeyd edib.

M.Hüseynov 56,67 faiz səslə yarışmada qalıb. Aktyor aşıq Namiq Fərhadoğlunu oyundan kənarlaşdırıb.

Gülnar Qafarlı