Türkiyənin məşhur "Master Chef" yarışmasında Azərbaycan mətbəxi günü elan edilib.

Open.az xəbər verir ki, yarışmanın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

"Bu həftə mətbəxinə müraciət etdiyimiz ölkə qəlbimizə yaxındır. Qardaş ölkə Azərbaycan mətbəxinə müraciət edəcəyik",- deyə, Somer Sivrioğlu söyləyib.

Digər münsif Mehmet Yalçınkaya isə "Qardaşlarımızın qələbəsini təbrik edirik. Haqlı bir qələbə qazandılar. Ən sonunda haqları olanı geri aldılar. Oradakı şəhidlərimizi sevgi və sayqıyla anırıq. Mübarizələri davam edir, uğurlar diləyirik",- sözlərini deyib.