Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov tərəfindən 2009-ci ildə açılan, lakin borcları səbəbindən icralıq olan və "Titanic Hotels" tərəfindən icarəyə götürülən "Mərdan Palace Hotel" bu ayın sonunda istifadəyə veriləcək.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə "Titanic Hotels"in idarə heyətinin sədri Mehmet Aygün məlumat verib.

"Titanic Merdan Palace" olaraq adı dəyişdirilən 180 min kvadrat metr sahəyə malik hotel təxminən 6 aylıq yenidənqurma prosesindən sonra bu ayın sonunda qapılarını yenidən açır.

2010-cu ildə "Dünyanın ən lüks hoteli" seçilən binaya 20 milyon avrodan çox investisiya ayrılıb.

Xatırladaq ki, "Mardan Palace" hoteli Antalya Kunduda 2009-cu ildə Azərbaycan əsilli iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollar xərclənərək, xidmətə verilib. Amma hotel borclarına görə icralıq olub.

“Hürriyet” daha öncə də borclarına görə icralıq olub, sənədləri Halk Bankına dövr edilən "Mardan Palace" hoteli üçün "Titanik Hotels" və Maya Qrupunun masada olduğunu gündəmə gətirmişdi.

Gülnar Qafarlı

Mardan Palace

Mardan Palace