Ötən gün ağır yol qəzasında dünyasını dəyişdiyinə dair xəbərlər çıxan müğənni Maral Tahirqızı yayılan xəbərlərin şaiyə olduğunu dilə gətirib.

Tahirqızı haqqında yayılan şaiyələr barədə Open.az-a danışıb:

“Mən anlamıram ki, niyə hər dəfə məni öldürürlər? Mənim yaradıcılığımla da reytinq qazana bilərlər. Haqqımda gözəl xəbərlər yazsınlar. Əllərində mövzu yoxdur, məni öldürüb gündəmə gəlirlər. Dünəndən telefonum susmayıb. İnanın Avropadan, Rusiyadan nə qədər zəng gəldi. Sevənlərim çox narahat idi. Hamıya bir-bir izah etmişəm ki, bu qurulmuş bir yalandır. Məncə bu işin altında başqa məqsədlər də var və bunu araşdıracağam”.