Müğənni Manaf Ağayev və həyat yoldaşı koronavirusa yoluxub.

Open.az xəbər verir ki, müğənni və həyat yoldaşı Fərqanə Ağayevada COVİD-19 aşkarlanıb. Onların hər ikisi Yeni Klinikaya yerləşdirilib.

M.Ağayev açıqlamasında faktı təsdiqləyib:

"Təcili Tibbi Yardım stansiyasının əməkdaşları bizi Yeni Klinikaya yerləşdirdilər. Hazırda mənim və həyat yoldaşımın vəziyyəti normaldır. Bir neçə gün sonra evə buraxılacağıq." (unikal.org)