Müğənni Nadir Qafarzadə "5/5" verilişində qonaq olub.

Open.az xəbər verir ki, sənətçi proqramda klipinə çəkilmək üçün ondan yüksək qonorar tələb edən aktyordan danışıb. Nadir ilk olaraq onun adını çəkmək istəməsə də, daha sonra açıqlayıb:

“Bir aktyor var, çox xoşum gəlir. Adını çəkməyəcəm, yaxşı aktyordur. Gəncdir, amma çox istedadlıdır. Onu klipimə çəkmək istədim, məndən 5 min manat istədi. Hər bir şeyin qiyməti var. 5 min manat elə-belə pul deyil. Onun pərəstişkarıyam: Hikmət Rəhimovdur. Ona ikinci Fuad Poladov deyirəm. Məndə də həmin vaxt o pul yox idi”.

Qeyd edək ki, Hikmət Rəhimov “Çaqqal nəfəsi”, “İkinci pərdə”, “Xənnas”, “İmtahan”, “Döngələr” kimi film və seriallarda rol alıb. (Axşam.az)