“Nadir hər zaman evdə olub. Bəzi gənc kişi ifaçılar var ki, onlar məndən o xüsusiyyəti götürür”.

Open.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Hüseynova bacıları” proqramında qonaq olarkən deyib. Sənətçi təkcə karantin dövründə yox, hər zaman evə bağlı biri olduğunu qeyd edib:

“Toydan, konsertdən çıxıramsa, düz evə gedirəm. Düşünürəm ki, qadın və ya kişi əgər evlidirsə, işdən sonra evə getməlidir. Evin yolunu tanımalıdır. Bütün qadınlara arzulayıram ki, əriniz düz evə gəlsin, sağ-sola dönməsin”.