Müğənni Kərim Abbasov ARB telekanalının “Səhər-səhər” verilişinin qonağı olub.

Open.az xəbər verir ki, Kərim efirdə qalmaqal yaşadığı aparıcı Elçin Əlibəyli haqda danışıb. O, illər öncə aparıcıyla yaşadığı problemə görə ölkəni tərk etdiyini açıqlayıb:

“Mən Elçin Əlibəyliyə halallıq vermirəm. İki əlim həmişə yaxasında olacaq. Allah da mənə bağışlamağımı desə, bağışlamaram. Onun yıxdığı evi heç kim yıxmayıb. Onun qurduğu tələləri heç kim qurmayıb. O, mənə elə tələ qurmuşdu ki, unutmamışam. Məhz o tələyə görə bir il İstanbulda yaşadım. İnşallah, öz canından çəkər. Elçin Əlibəyli çox pis insandır. 12-13 ilin söhbətləridir. O insan mənim ünvanıma bir söz işlətsə, yıxıb-sürüyərəm. Efirdə elə tamaşa qoşdu ki, məni yerə çırpdı”.