"30 ilə yaxın idi ayrılmışdıq. O, rəhmətə getdi. Nə qədər ağladım, elə bilirdim sakitləşə bilməyəcəm. Bütün günü ağlayırdım. Heç ayrılandan sonra görüşməmişdim. Bir-iki dəfə telefonla danışdıq. Bir dəfə bizə gəlmək istəyirdi, qapıda idi. Kərim (oğlu - red.) qoymadı evə girsin".

Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Ulduzlu yayım" proqramında deyib. Müğənni dünyasını dəyişən keçmiş ərindən bəhs edib və göz yaşlarını saxlaya bilməyib:

"Çox pis oluram ki, ondan halallıq ala bilmədim. Allah ona rəhmət eləsin, övladlarımın atasıdır. İnanıram ki, onunla axirətdə görüşəcəyik. Əvvəl sevməmişəm, qohum idik. Evlənəndə bir-birimizi görməmişdik. Nişandan 4 ay sonra görüşdük. Sonradan onu çox sevdim. Qısqanırdım, dəli kimi olurdim.

O biri nikahdan olan oğlu Hüseyn ona çox oxşayır. Elə bilirəm ki, öz balamdır. Onu Kərim gətirdi bizim yanımıza, əvvəl soyuq görüşürdü. İndi məni elə çox istəyir ki... Onun ikinci həyat yoldaşı Gülsüm xanımla da münasibətim yaxşıdır. Mənə pislik etməyib ki... Ailəmi dağıtmayıb ki, onla düşmən olum. Gülsüm də bir dəfə ailəli olub, övladı olmayıb və ayrılıb. Sonra mənim keçmiş həyat yoldaşımla tanış olublar və Hüseyn dünyaya gəlib". (axşam.az)