Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad sosial şəbəkədəki paylaşımına görə tənqid edilib.

Open.az xəbər verir ki, Cahad ötən gün "Fairmont" oteldə karantin qaydalarının pozulması və polisin nəzarət keçirməsindən yazıb.

O, paylaşımına "İşverən"lər, sizə bu məsələ təsir etdi, çünki sizi ora dəvət etmədilər? Şəkli çəkəndəki həvəsə bax. Yuxarı qalxıb ki, foto çəksin?" sözlərini qeyd edib.

İzləyicilər isə Cahadı tənqid edərək, qanunun hamı üçün qanun olduğunu bildirib. Cahad isə daha sonra sözlərinin təhrif edildiyini şərh bölümündə yazıb. O, sosial şəbəkə istifadəçilərinin ona qarşı qaldırıldığını iddia edib.(axşam.az)