Müğənni Dilarə Kazımova "ATV Maqazin Onlarla" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, ifaçı verilişdə müxbirin ona ünvanladığı 33 sualı 3 dəqiqədə cavablandırmağa çalışıb.

Açıq-saçıq fotoları ilə gündəmdə olan müğənni özündən çox həmkarı Səmranın belə fotosessiyalara marağının olduğunu dilə gətirib.

Kazımova ona xəyanət ediləcəyi təqdirdə sevdiyi şəxsi tərk edəcəyini bildirib.

Müğənni ilk öpüşünün 18 yaşında olduğunu da etiraf edib.